Şirvan şəhərində rayonlardan gələn Yeni Azərbaycan Partiyasının sədrləri və qərərgah üzlərinin zona müşavirəsi keçirildi.
20 avqust 2015 | 15:00
20 avqust 2015-ci il tarixdə saat 11:00-da “Yeganə” şadlıq sarayında 2015-ci ilin Noyabr ayında keçiriləcək Parlament seçkiləri ilə əlaqədar olaraq Şirvan şəhəri, Sabirabad, Neftçala, Salyan, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Fizuli, Cəbrayıl və Xocavənd rayonlarından gələn Yeni Azərbaycan Partiyasının sədrləri və qərərgah üzlərinin zona müşavirəsi keçirildi. Zona müşavirəsində Baş nazirin müavini, YAP-nın icra katibi Əli Əhmədov və Milli Məclisin deputatı Hadi Rəcəbli iştirak etdi.