Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda bu günədək vətəndaşlara 105682 doza vaksin vurulub

24 noyabr 2021 | 16:00

Ölkəmizdə  əhalinin sağlamlığının qorunması, COVID-19 infeksiyasının qarşısının alınması və törədə biləcəyi  fəsadların  aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər  Şirvan şəhərində də davam etdirilir.
   Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın da əsas məqsədi əhalinin sağlamlığının qorunmasını, qısa müddətdə insanlarda kütləvi immunitetin formalaşmasını təmin etməyə, virusa yoluxma və ölüm hallarının qarşısının alınmasına  xidmət edir.
   Şirvan şəhərində bu günədək vətəndaşlara 105682 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 49353, ikinci mərhələ üzrə 45595, üçüncü mərhələ üzrə 7188, dördüncü mərhələ üzrə isə 443 nəfər olub.
   Göründüyü kimi Şirvan şəhərində əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir. Şəhər sakinləri koronavirus pandemiyasının tezliklə başa çatması üçün peyvəndlənmə məqsədilə tibb müəssisələrinə müraciət edir.       Şirvanlılar peyvəndlənmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və post vaksinal-gözləmə otaqlarında yaradılan şəraitdən, göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirirlər.


   Mətbuat xidməti

 

Keçidlər