Şriftin ölçüsü :

Saytın rəngi :

Özümüzü və yaxınlarımızı qorumaq üçün peyvənd olunaq!

27 noyabr 2021 | 16:00

Tarix boyu bir çox yoluxucu xəstəliklər bəşəriyyətin qorxulu kabusuna çevrilib. Bu gün dünyada xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Yalnız ölkə əhalisinin 60 %-də kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Kütləvi immunitet isə xəstəliyə yoluxub sağalanlar və vaksin vurduranlar hesabına yaranır. İki doza peyvənd olunan şəxslərə koronavirusun yeni ştammlarından qorunmaq üçün büster dozanın vurulması tövsiyə edilir.
    Əziz Şirvan sakinləri! Unutmamalıyıq ki, özümüzü və sevdiklərimizi qorumağın əsas yolu peyvənddir. Gəlin, pandemiyaya tez bir zamanda qalib gəlmək və uşaqlarımızın gələcəyi üçün vaksinasiyada aktiv iştirak edək!

 

Keçidlər