Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

03 dekabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Şirvanda 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı ümumşəhər tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Tədbir iştirakçıları öncə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
   Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək 3 dekabr Beynəlxalq Əlillər Gününun 1992-ci ilin dekabrın 14-də BMT Baş Məclisinin qərarı ilə təsis edildiyini, Ümummmilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğunu bildirib.
   Ölkəmizdə 600 min nəfərdən çox, Şirvanda isə 3000 nəfərə yaxın əlilin olduğunu bildirib. Onların hüquqlarının qorunması, sosial-rifah halının yaxşılaşması, problemlərinin həlli, maddi-mənəvi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqaətində həyata keçirilən dövlət proqramlarından danışıb.
   Əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlillərə münasibətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olanların ailələri, Vətən Müharibəsində qəhrəmanlıq göstərib yaralanan qazilərlə keçirdikləri görüşlərin cəmiyyətə örnək nümunəsi olduğunu vurğulayıb.
   Dövlət başçısının əlillərə göstərdiyi diqqət və qayğının yerlərdə də davam etdirildiyini qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərliyi ilə əlillərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Şirvanda Mərkəzi Şəhər Xəstəxanasında, Şirvan Diaqnostika Mərkəzində, Şirvan Reabilitasiya Mərkəzində əlillərə xüsusi həssaslıqla yanaşılır, onların müalicəsi, reabilitasiyası istiqamətində zəruri tədbirlər görülür.
   Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edən aztəminatlı əlillərə maddi, mənəvi və təşkilati köməkliklər olunur. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, park və xiyabanların yenidən qurulması, nümunəvi məhəllələrin salınması hər kəsdən daha çox əlillərə xidmət edir. Onların istirahət mərkəzinə cevrilir.
   Sonda İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva əlillərə, tədbir iştirakçılarına İcra hakimiyyətinin başçısı İlqar Abbasovun ən xoş arzularını çatdırır.
   3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə və şəhərin ictimai həyatında fəal iştirak edən tədbir iştirakçılarından bir qrupuna Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanların təqdim edir.
   Tədbirdə çıxış edən Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova Şirvan şəhərinin tibb müəssisələrində, o cümlədən Şirvan Reabilitasiya Mərkəzində əlillərə göstərilən xidmətdən danışır. Onlara bundan sonra da yüksək tibbi xidmətin göstəriləcəyini vurğulayır. Tədbir iştirakçılarına ən xoş arzularını bildirir.
   Tədbirdə çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
   Tədbirdə Şəhər Musiqi məktəbinin müəllim və şagirdləri, 1 nömrəli orta məktəbin Uşaq xoru rəngarəng musiqi proqramları ilə çıxış edib, tədbir iştirakçılarına bayram ovqatı yaşadıb.

   Mətbuat xidməti

Keçidlər