Şriftin ölçüsü :

Saytın rəngi :

23 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib.

24 oktyabr 2022 | 10:36

“Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub. Masallı rayonunda keçirilən “Nə? Harda? Nə zaman?” intellektual oyununda , Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının komandası birinci yeri tutub və finala vəsiqə qazanıb. İştirakçılar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar. Hər qrup üzrə 3 qalib komanda (ümumilikdə 21 komanda) 6 noyabr 2022-ci il tarixində Gülüstan Sarayında keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının komandasına final mərhələsində uğurlar arzulayırıq.

 

Mətbuat xidməti

Keçidlər