Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində İlaxır çərşənbə qeyd edilib

14 mart 2012 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərdə İlaxır çərşənbəyə həsr olunmuş rəngarəng, silsilə tədbirlər keçirildi. Şəhərin mərkəzində Şirvan Mədəniyyət evinin qarşısındakı meydan Bahara, Novruza həsr olunmuş şuar və plakatlarla, novruz atributları ilə bəzədilmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun, Şura üzvlərinin, hüquq mühafizə orqanlarının və ictimai-siyasi qrumların rəhbərlərinin qatıldığı tədbir İlaxır çərşənbə tonqalının yandırılması ilə başladı.
Tədbirə qatılan “Bakcell LTD” MMC-nin əməkdaşları iştirakçılara novruz hədiyyəsi olaraq reklam bukletləri, bakcell nömrələri və novruz şirniyyatları payladı.
Şirvan şəhər Mədəniyyət və Turizm İdarəsinin tərtib etdiyi konsert proqramı, Şirvan Mədəniyyət evinin instrumental ansanblının solistlərinin ifa etdikləri novruza, bahara həsr olunmuş mahnılar, Novruz personajları - Kosa və Keçəlin məzhəkəli çıxışları, Şirvan rəqs qrupunun ifa etdiyi rəqslər tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş etdi.

 

Keçidlər