Şirvanda su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihənin təqdimatı keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.
8 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyəti aparatının və “Azərsu” ASC-nin məsul əməkdaşlarının iştirakı ilə Proqramda nəzərdə tutulmuş işlərin bir hissəsinin icrası ilə bağlı layihənin təqdimatı keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Su-kanal sistemləri şöbəsinin müdiri Şöhrət Süleymanov layihə ilə bağlı fikirlərini bildirib, su və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndiribər.
Hazırda layihəyə uyğun olaraq şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri aparılır.
Mətbuat xidməti