Şirvan şəhərində qanvermə aksiyası keçiriləcək.
14 dekabr 2021-ci il tarixdə Şirvan şəhərində hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədilə könüllü qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşəbbüsü ilə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-ində təşkil ediləcəkdir.
Aksiya zamanı toplanacaq qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən insanların, xüsusən də uşaqların müalicəsinə sərf edilməsi məqsədi ilə Qan Bankına təqdim ediləcəkdir.
18-65 yaş aralığında, minimum 50-55 kq çəkisində olan hər bir sağlam insan qan donorluğu üçün müraciət edə bilər.
Vətəndaşlarımızı qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa səsləyirik!
Mətbuat xidməti