Şirvanda “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə 23 dekabr 2021-ci il tarixdə YAP şəhər təşkilatının konfrans zalında “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştirakçıları öncə məktəblilərin İlham Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, hüquq-mühafizə orqanlarının, ictimai və siyasi qurumların, idarə müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans dövlət himni ilə açıq elan edilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, xüsusi ilə erməni işğalına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin Zəfər yürüşünə uğurlu rəhbərlik etməsindən, həyata keçirdiyi hücum xarakterli diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən, ata vəsiyyətini ləyaqətlə yerinə yetirməsindən bəhs edən “Ata vəsiyyəti” sənədli filminə tamaşa ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi öz adından və Şirvan şəhər ictimaiyyəti adından təbrik edib, ali dövləti fəaliyyətində daha böyük nəaliyyətlər və uğurlar arzulayıb. Konfrans iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin ad günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Yerli “İşıq” qəzeti vasitəsilə şəhər sakinlərini də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Azərbacanın davamlı inkişaf modelinin müəllifi olduğunu qeyd edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, hüquqi, demokratik və instisional islahatlardan danışıb. Həyata keçirdiyi daxili və xarici siyasətin ana xəttini Qarabağ məsələsi olduğunu bildirib.
Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin beynəlxalq aləmdə geniş təbliğ edildiyini, respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlərin, humanitar forumların mühüm əhəmiyyət kəsb etdiyiniqeyd edib. Beynəlxalq aləmdə Qarabağla bağlı obyektiv rəyin formalaşmasına xidmət edən fəaliyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Şirvan şəhərinin də hərtərəfli inkişaf etdiyini qeyd edib. Prezident cənab İlham Əliyevin Şirvan şəhərinə etdiyi 8 səfərin hər birinin tarixə çevrildiyini, yeni sənaye müəssisələrinin, idman, səhiyyə, mədəniyyət və təhsil ocaqlarının açılışı ilə yadda qaldığını, şirvanlılara böyük töhfələr verdiyini qeyd edib. Şirvanlıların da həmişə dövlət başçısının ətrafında olduğunu, ölkəmizin hərtərəfli inkişafına tövfələr verdiyini bildirib.
Konfransda çıxış edən YAP şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, “AzTelecom”un Cənub Şirvan Regional İdarəsinin rəisi Zaman Verdiyev və başqaları Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza uğurlu rəhbərliyinin mühüm məqamlarından, əldə olunan sosial, iqtisadi nəaliyyətlərdən, xalqla iqtidar birliyindən, Vətən müharibəsində qazanılan qələbədən danışıblar. Tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə təbrik ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfransa yekun vurub. Konfrans iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcək, ölkəmizin əldə etdiyi uğurlara yeni töhfələr verəcəyinə inamını ifadə edib.
Mətbuat xidməti