Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

27 dekabr 2021 | 16:00

Ölkəmizdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2021-ci ilin Nizami Gəncəvi  ili elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə geniş qeyd edilir. Dövlət başçısının sərəncama uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyəti başçısının bu ilin əvvəlində “Şirvan şəhərində Nizami Gəncəvi ilinin geniş qeyd edilməsi barədə” sərəncamı əsasında tədbirlər planı təsdiq edilmiş, silsilə tədbirlər keçirilmişdir. Bu gün də həmin tədbirlərin yekunu olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri təşkil edilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri  iştirak edib.
    Dünya ədəbiyyatına böyük tövhələr verən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında insan eşqinin qüdrət və əzəmətinin  göstərildiyi qeyd edilmiş, məhəbbətin dərin ictimai mənası şərh edilmişdir. Poemanın  Azərbaycan xalqının  tarixi ilə səsləşən və insanlığa nümunə olan  maraqlı məzmunu,  Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olması vurğulanıb. Əsərin Sasani hökmdarı  Xosrov Pərvizlə Bərdə hakiminin Vəliəhdi Şirin arasında məhəbbətdən bəhs edildiyi qeyd edilib.     
    Sonra Nizami Gəncəvinin “ Xosrov və Şirin” poeması əsasında ssenarist, quruluşçu rejissor Elşən İsmayılın hazırladığı tamaşa Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar aktyorları tərəfindən tədbir iştirakçılarına təqdim edilib.
    Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar aktyorlarını təbrik edib, təəsüratlarını bölüşüb, xatirə şəkli çəkilib.

Mətbuat xidməti

Keçidlər