Şirvanda 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hərs olunmuş ümumşəhər tədbiri keçirilib.
30 dekabr 2021-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Tədbir dövlət himni ilə açıq elan edilib. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda həyatını fəda edən Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını bildirib. Müstəqilliyimizin ilk illərində cəmiyyətdə birliyin olmamasından, ölkəmizin parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsindən, o dövrdə hakimiyyətdə olanların diaspor və lobbi quruculuğuna diqqət verməməsindən, milli məsələlərin həllində onların imkanlarından istifadə edilməməsindən, o dövrdə ölkəmizin informasiya blokadasına düşməsindən və çeşidli problemlərlə üzləşməsindən danışıb.
Ümummilli lider Heydər Əliyevin xalqımızın milli birliyə olan ehtiyacını nəzərə alaraq, 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərarın qəbul edilməsinə nail olmasını, Azərbaycan Parlamentinin də bu qərara müvafiq addım atmasını, 31 dekabr gününün dünya azərbaycanlılarının mənəvi birlik rəmzinə çevrilməsini vurğulayıb. O vaxtdan başlayaraq xalqımızın, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hər il 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edildiyini bildirib.
Ulu öndər Heydər Əliyevin xaricdəki soydaşlarımızın vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin etmək məqsədilə azərbaycançılıq ideyasını irəli sürdüyünü, Bakıda dünya azərbaycanlılarının I qurultayını keçirdiyini, qurultaydakı çıxışı ilə dövlət diaspor siyasətini formalaşdırdığını, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsini yaratdığını qeyd edib.
Ümummilli lider Heydər Əliyevin dövlət diaspor siyasətinin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, Azərbaycan diasporunun kordinasiyalı beynəlxalq şəbəkəsinin və informasiya məkanının daha da genişləndiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəylik hissinin daha da gücləndiyini, vahid məqsədə-ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldiyini qeyd edib. Bu birlik və həmrəyliyimiz nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımız erməni işğalından azad edildiyini vurğulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı 2021-ci ilin bütövlükdə respublikamız və Şirvan şəhəri üçün böyük uğurlarla tarixə çevrildiyini qeyd edib. Dövlət başçısının uğurlu rəhbərliyi sayəsində regionların sosial-iqtisadi inkişafı, əhalinın rifah halının yaxşılaşması, Vətən müharibəsində əldə edilən tarixi Zəfərin möhkəmləndirilməsi, işğaldan azad edilən şəhər və rayonlarımızda böyük infrastruktur layihələrin uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.
2021-ci ildə Şirvanda 5 saylı Ərazi Vergilər idarəsi üçün tikilən yeni inzibati binanın, 21№-li tam orta məktəb üçün tikilən yeni binanın istifadəyə verildiyini qeyd edib.
Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının əsaslı təmir edildiyini, parkda “Qarabağ” və “Zəfər” xiyabanının, yeni yaşıllıqların salındığını, atraksionların, “İDEA” İctimai Birliyinin idman qurğularının, işıqlandırma sisteminin quraşdırıldığını, əraziyə tamet tavaların döşəndiyini, göl və kanal yaradılaraq su gəzitisinin təşkil edildiyini bildirib.
Şirvan “Şəhidlər Xiyabanı”nda təmir-bərpa işlərinin aparıldığını, “Əbədi Məşəl” kompleksinin əsaslı təmir edildiyini, şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldıldığını vurğulayıb. Şəhərin mərkəzi meydanında şəhidlərin şəkillərini və barələrində məlumatları əks etdirən müasir monitorun quraşdırıldığını qeyd edib.
Şəhərin 156 küçə və prospektlərinin işıqlandırılması işlərinə başlanıldığını, “İDEA” İctimai Birliyinin “Bizim həyat” layihəsi çərçivəsində 3 nümunəvi məhəllənin salındığını, Mənzil İnşaat Dövlət Agentliyinə çoxmənzilli yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsinin ayrıldığını, 56 ictimai yaşayış binasının zirzəmisinin çirkab sulardan təmizləndiyini və kanalizasiya sisteminin əsaslı təmir edildiyini, məhəllələrdə mütəmadi abadlıq-quruculuq işlərinin aparıldığını vuğulayıb.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə dövlət qulluğunda fərqlənən dövlət qulluqçusunu, Vətən müharibəsində xidmətlərinə görə orden və medallarla təltif edilən şəhidlərin valideynlərini və təhsildə əldə etdiyi uğurlara görə Təhsil Nazirinin Fəxri Fərmanına layıq görülmüş müəllimləri təbrik edib, onlara mükafatları təqdim edib.
Şirvan şəhərində COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini, virusun yayılmasının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görüldüyünü qeyd edib.
Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov və şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev ölkəmizdə həmrəylik və birliyin əhəmiyyətindən, bu sahədə həyata keçirilən tədbirlərdən danışıblar. Ölkəmizdə milli həmrəylik və birliyin təmin edilməsinə görə Azərbaycan Respöublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Tədbir şəhərin 1 və 12 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisiya və musiqi nömrələri ilə başa çatıb.
Mətbuat xidməti