Şirvan şəhərində 18 şəhər və rayonlardan gələn 30 dairə seçki komissiyalarının ekspert qrupu üzvləri üçün təkmilləşdirmə və maarifləndirmə tədbiri keçirildi.
07 sentyabr 2015 | 15:00
07-08 sentyabr 2015-ci il tarixlərdə saat 10:00-da Şirvan şəhər Mədəniyyət evində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində 18 şəhər və rayonlardan gələn 30 dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsi və maarifləndirilməsi ilə əlaqədar tədbir keçirildi.