Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “20 Yanvar-Müstəqilliyimizin qanlı tarixi” adlı tamaşa səhnələşdirilib.

19 yanvar 2022 | 16:00

Şirvan şəhərində 20 Yanar faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.
   18 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə  təşkilatçılığı ilə  ssenarist, rejissor Elşən İsmayılın 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Müstəqilliyimizin qanlı  tarixi” adlı milli-ideoloji,  faciəvi dram tamaşası səhnələşdirilib.
   Tamaşadan öncə Azərbaycanın bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi  bir dəqiqəlik sükutla yad ediib. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir dilənib. Qeyd olunub ki, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.
   Sonda  Sabirabad Regional  Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə  tamaşada iştirak edən heyətlə görüşərək yaradıcılıq  fəaliyyətlərində onlara uğurlar arzulayıb.

   Mətbuat xidməti

Keçidlər