Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Vəliyev Şəmsəddin Aqil oğlunun doğum günü qeyd olunub.

23 yanvar 2022 | 16:00

Şirvan şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması ənənə halını alıb. Ənənənin davamı olaraq Sabirabad rayonu Dadaşbəyli kəndində doğulub boya-başa çatan, izdihamla Şirvan şəhərində dəfn olunan Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Vəliyev Şəmsəddin Aqil oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib. 22 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Mürsəl Allahverdiyev, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Şəmsəddin Vəliyevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» ətrafında birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Qeyd edib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da üçrəngli bayrağımızın əzəmətlə dalğalandığını vurğulayıb. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını diqqətə çatdırıb. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Vətən müharibəsində minlərlə şirvanlı gəncin könüllü olaraq səfərbərliyə toplandığını, lakin say məhduduiyyətini nəzərə alaraq onların yalnız bir qisminin cəbhəyə yola salındığını vurğulayıb və qeyd edib ki, həmin izdiham gənclərimizin necə vətənpərvər, cəsur, mərd olduğunu bir daha sübut etdi. Bildirib ki, 44 günlük müharibədə dünya bir qarış torpağımızı da düşmənə güzəştə getməyicəyimizə, bu yolda canınımızdan da keçəcəyimizə əmin oldu. Şəmsədin kimi oğulların qanının töküldüyü torpağı gələcək nəsillərin də eyni coşqu ilə qoruyacağına əmin olduğunu diqqətə çatdırıb.Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova Vətən müharibəsində gənclərimizin nümayiş etdirdikləri qəhrəmanlıq nümunələrinin gələcək nəsillərin vətənpərvər ruhda tərbiyəsində böyük rol oynayacağını bildirib. Qeyd edib ki, bundan sonra da xalqımız ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizin bütövlüyünün, inkişafının, güclənməsinin təminatına öz töhfəsini verəcəkdir.Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Allah rəhmət eləsin!

 Mətbuat xidməti

Keçidlər