Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid leytenant Süleyman Bağırovun qızı Nilufərin bir yaşı qeyd olunub.

28 yanvar 2022 | 16:00

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Bağırov Süleyman Loğman oğlunun qızı Nilufərin 1 yaşının tamam olması münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri körpəni ziyarət edib, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və təbriklərini körpənin ailəsinə çatdırıblar. Şəhid Süleyman Bağırovun vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər.   Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaqdır. Şəhid ailələrinin və qazilərin problemlərinin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu bildirilib.
    Şəhidin ailə üzvləri şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhid ailələrinin ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklərinin bildiriblər.
    Sonra Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidin yadigarı balaca Nilufərə hədiyyələr təqdim olunub. Onun da  də atası kimi Vətənə layiqli övlad olacağı arzu edilib. Şəhid övladlarının hər birinin Vətənimizə, dövlətimiz, xalqımıza əmanət olduğu vurğulanıb.

Mətbuat xidməti                                           

Keçidlər