Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində MediYus klinikasının açılışı olub.

29 yanvar 2022 | 16:00

29 yanvar 2022-ci il tarixdə Şirvan şəhərində tibb müəssisəsi olan MediYus Klinikasının açılış mərasimində Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Kamil Əhmədov, Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru Nəsib Səhratov, tibb işçiləri və şəhər sakinləri iştirak  edib.
    Klinikanın həkimi Günel Sayılova tədbir iştirakçılarına məlumat verərək bildirib ki, MediYus klinikasında lor, ginekoloq, laboratoriya, uroluq, pediatr, ümumi cərrahiyyə ,USM, kardioloq, exokardioloq, fizioterapevt, endokrinoloq, nevropatoloq, qastroentreroloq, terapevt, dermokosmetoloq sahələri fəaliyyət göstərir. Klinikada ən son nəsil 4d formatlı USM aparatı “Sonoscape p20”, Exo aparatı s8 ekspert, fizioterapiya BTL kombayn, laparoskopik cərrahiyyə üçün aparat, sterilizasiya üçün avtoklav, ginekoloji kolposkop aparatı, müasir avtomatlaşdırılmış laboratoriya mövcuddur. Yaxın zamanda bütün bu aparatlarla yanaşı müasir standartlara cavab verən tibbi avadanlıqların gətirələcəyini  də diqqətə çatdırıb.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva açılış lentini kəsərək, klinikanın bütün işçi heyətini və tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, bu klinikanın açılışı Şirvan şəhəri üçün gözəl və əlamətdar hadisədir.  Qeyd edib  ki,insanların sağlamlığına cavabdeh olmaq, düzgün müalicə etmək, müasir tibbi avadanlıqlardan səmərəli istifadə etmək, səhiyyə sahəsindəki yeniliklərdən xəbərdar olmaq və bütün bunları praktikada tətbiq etmək tibb işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Odur ki, bu yolda tibb işçilərinə hər zaman işlərində böyük uğurlar, səbr, dözüm və müvəffəqiyyətlər  arzulayıb.
    Tədbirdə çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru PHŞ Kamil Əhmədov və Şirvan Müalicə Diaknostika Mərkəzinin direktoru PHŞ Nəsib Səhratov şəhərimizdə müasir standartlara cavab verən, ən son nəsil cihazlarla təmin olunmuş özəl klinikanın açılmasının şəhər sakinlərinin də sevincə səbəb olacağını bildiriblər. Bu çətin və məsuliyyətli işdə insanaların sağlamlığının keşiyində duran bütün həkimlərə uğurlar arzu ediblər.  
    Sonda xatirə şəkli çəkilib.

Mətbuat xidməti                                        

Keçidlər