2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbriki
Əziz gənclər!
Sizi Azərbaycan Gəncləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uğur dolu gələcək və sağlam həyat tərzi arzulayıram.
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi Dövlət Gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Respublikamızda Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli sahəsində əldə olunan nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən sizlərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
Gənclərimiz elm, diplomatiya, beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırır, Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Dövlət-ordu-xalq birliyinin qazandığı Şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu, şəhidlərimizin qisası alındı.
Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Milli ruha, sağlam əqidəyə, intellektual dünyagörüşə malik gənclərimiz dövlətimizin sabahına daha inamla baxmağa əsas verir.
Əziz gənclər, Vətənimiz Azərbaycan naminə bir çox qürurverici uğurlara imza atmanız diləyilə bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.
İlqar Abbasov