Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 15 sentyabr - Bilik gününə həsr olunmuş İlk Zəng mərasimləri keçirildi.

15 sentyabr 2015 | 15:00

15 sentyabr 2015-ci il tarixdə saat 09:00-dan başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə 1980-ci ildən indiyədək təmirə ehtiyacı olan 13 nömrəli tam orta məktəbin əsaslı təmiri, 20 nömrəli tam orta məktəbin əsaslı təmiri və idman zalının bərpa gücləndirmədən sonra açılışı və Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərində 15 sentyabr – “Bilik günü”nə həsr olunmuş “İlk zəng” tədbirləri keçirildi. Açılış tədbirləri və “Bilik günü” ilə əlaqədar olaraq Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi təşkilatların rəhbərləri 13 və 20 nömrəli tam orta məktəblərdə oldular.

Keçidlər