“Xocalı mənim təsəvvürümdə” adlı inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.
25 fevral 2022 | 16:00
Şirvan şəhər Icra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 16 fevral – 25 fevral 2022-ci il tarixlərində Şirvan şəhər orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “Xocalı mənim təsəvvürümdə” adlı inşa müsabiqəsinin yekun mərhələsi keçirilib. Qaliblər fəxri fərman ilə təltif olunublar.
1-ci yer Cavadova Aysu Xələf qızı (21№-li məktəb)
2-ci yer Əhmədova Aysun Ramil qızı (1№-li məktəb)
2-ci yer Qasımlı Gülər İlqar qızı (20№-li məktəb)
3-cü yer Kərimli Əli Rafael oğlu (4№-li məktəb)
3-cü yer Şahbazova Nəzrin İlkin qızı (2№-li məktəb)