Fevralın 25-26 tarixlərində Şirvan şəhər ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.
Fevralın 25-26 tarixlərində Şirvan şəhər ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.Tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır.
Daha sonra şagirdlərin Xocalı soyqırımı ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.
Bundan əlavə karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımının 30 cu il dönümü ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil edilib, sənədli və bədii filmlərin nümayişi və s.) keçirilib.