Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirlər davam edir.

26 fevral 2022 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26.02.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, İcra Hakimiyyətinin məsul əməkdaşları gənc könüllülərlə birgə şəhərdə ən müasir tələblər səviyyəsində yenidən qurulan, 10 hektardan çox sahəni əhatə edən Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında Xocalı soyqırımı qurbanlarının xairəsinə ənənəvi olaraq növbəti dəfə 613 ədəd ağac əkərək, onlara aqrotexniki qulluq göstəriblər. Ümumilikdə isə son üç ildə şirvanlılar İDEA İctimai birliyinin təşəbbüsünə qoşularaq şəhər ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 1839 ədəd ağac əkərək, onlara qulluq göstəriblər.
   Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi şəhər ərazisində bir dəqiqəlik sükutla yad edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.
                                                                                                       
Mətbuat xidməti                                                           

Keçidlər