Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Od çərşənbəsində şəhid ailəsinin yaşadığı məhəllədə sakinlərlə görüş keçirib.

01 mart 2022 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
    Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara mənəvi dəstək olunması artıq ənənə halını alıb.
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Od çərşənbəsi münasibətilə Naxçıvan küçəsində Vətən müharibəsinin şəhidi Şıxəliyev Elvin Sarvan oğlunun ailəsinin yaşadığı evin qarşısında şəhər sakinləri ilə görüş keçirib. İlqar Abbasov Od çərşənbəsi münasibətilə şəhid ailələri, müharibə iştirakçıları başda olmaqla şəhər sakinlərini təbrik edib, onlara sağlam həyat, ruzi-bərəkət, sevinc dolu günlər arzulayıb.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Qeyd edib ki, cənab Prezidentin qərar və tapşırıqlarına uyğun olaraq, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri şəhidlərimizin ruhunu şad edir.  Belə görüşlərin bayram günlərində şəhidlərin vaxtilə yaşadığı məhəllədə keçirilməsinin onların ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu qeyd edib.
    Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərindən, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açaraq şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin abadlaşmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyini söyləyib. Şəhərin 140 dan çox küçəsində işıq dirəklərinin qurulduğunu və işlərin davam etdiyini diqqətə çatdırıb. Şəhər ərazisində küçələrin işıqlandırılması işlərini həyata keçirən baş podratçı təşkilatın nümayəndəsi Kənan Ağayevin də görüşdə iştirak etdiyini qeyd edərək bu işdə zəhməti olanlara təşəkkürünü bildirib. Məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib.  Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti                                                                  

Keçidlər