Şirvan şəhərində “Təhlükəsiz iş aylığı” elan edilməsi ilə bağlı 6 region üzrə 22 şəhər və rayonun iştirakı ilə yığıncaq keçirildi.
21 sentyabr 2015 | 15:00
21 sentyabr 2015-ci il tarixdə saat 11:00-da YAP Şirvan şəhər təşkilatının akt zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin sentyabr ayı “Təhlükəsiz iş aylığı” elan edilməsi ilə bağlı 6 region üzrə 22 şəhər və rayonu (Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Fizuli, Göyçay, Zərdab, Ağsu, Ucar, Kürdəmir və Ağdaş) əhatə edən Dövlət Əmək Mütəttişlərinin və sahibkarların iştirakı ilə yığıncaq keçirildi.