Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ağacəkmə aksiyası keçirilib.

02 mart 2022 | 16:00

2 mart 2022-ci il tarixdə millət vəkili İltizam Yusifovun təşəbbüsü ilə Şirvan şəhərində ağacəkmə aksiyası keçirilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Nazirliyin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Neftçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya çərçivəsində şəhərin Hacıqəhrəmanlı qəsəbəsində və Köhnə şəhər massivinin Şirin Şükürov küçəsində ümumilikdə 1000 ağac olmaqla, 500 ədəd zeytun, 250 ədəd oleandr, 150 ədəd sərv və 100 ədəd eldar şamı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Aksiyada iştirak edənlər şəhər ərazisində yaşıllıq zolaqlarını genişləndirməklə sakinlərin səmərəli istirahətini  təmin etmək və şəhərin ekoloji görkəmini yaxşılaşdırmaq məqsədilə ağacəkmə aksiyalarının mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar.


 Mətbuat xidməti

Keçidlər