Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Bayramlı qəsəbəsində sakinlərlə görüşüb
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbə sakinləri ilə görüşüb. Görüşdə şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları da iştirak edib.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Sabir küçəsi 2 saylı binanın sakinlərinin kanalizasiya problemi ilə bağlı etdikləri müraciətə yerində baxılıb. Şəhər İcra Hakimiyyətinin başçısı yeni kanalizasiya quyusunun inşası üçün aidiyyəti üzrə müvafiq tapşırıq verib.
Sakinlər asudə vaxtlarının səmərəli təşkili və istirahət üçün ərazidə kiçik park salınmasını və digər məsələlərlə bağlı İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Səsləndirilən digər problemlərin həli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonra İlqar Abbasov Bayramlı qəsəbə sakini Mirzəyev Vüqar Fikrət oğlunun öz vəsaiti hesabına tikdirdiyi Milli Qəhrəmanlar Mübariz İbrahimov, Polad Həşimov və Murad Mirzəyevin xatirə guşəsini ziyarət edib. Qəsəbə sakinləri xatirə guşəsinin ətrafının dəmir məhəccərlə əhatə olunması barədə Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, lakin sonradan qəsəbə sakini Vüqar Mirzəyev bu məsələnin həllini də üzərinə götürüb.
Görüşün sonunda Bayramlı qəsəbə sakinləri onların problemlərinin həllinə diqqət və qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər və hər zaman dövlət başçısının ətrafında sıx birləşdiklərini bildiriblər.
Mətbuat xidməti