Şriftin ölçüsü :

Saytın rəngi :

Yel çərşənbəsi münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı məhəllə sakinləri ilə görüşüb.

08 mart 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərinin davamı olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov abadlaşan məhəllələrdən birinə baş çəkir, məhəllədə görülən işlərə baxış keçirir, sakinlərlə görüşür, onları narahat edən problemlərlə yerində  tanış olur.
    8 mart 2022-ci il tarixdə Novruzun üçüncü çərşənbəsi-Yel çərşənbəsi münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov F.Eynullayev küçəsi 9 ünvanında yerləşən məhəllənin sakinləri ilə görüşüb.
    Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, xidmət təşkilatlarının rəhbərlərinin və məhəllə sakinlərinin iştirakı ilə keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Yel çərşənbəsi və xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Şəhər ərazisində aparılan abadlıq və quruculuq işlərindən, son dövrdə küçələrin asvaltlanması və işıqlandırılmasından, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd edib ki, ötən il Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri nəzərə alınaraq şəhərin F.Eynullayev küçəsi 9 saylı yaşayış binasının qarşısında nümunəvi məhəllə yaradılıb, Yel çərşənbəsi münasibətilə açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Bildirib ki, açılış zamanı məhəllə sakinlərinin qeyd etdikləri təklif və müraciətləri nəzərə alınıb və ötən dövr ərzində onların həyata keçirilməsinə nail olunub. Belə ki, sakinlərin xahişi ilə Fariz Eynullayev küçəsi 9 saylı bunanın zirzəmisi çirkab sulardan təmizlənib, məhəlləyə işıq dirəkləri quraşdırılıb. Belə nümunəvi məhələlərin digər binaların qarşısında da yaradılacağını, şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb. Məhəllədə abadlıq işlərinin uzunömürlü olmasını və səliqəli saxlanılmasını tövsiyə edib.
    Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Məhəllədə yerləşən mərasim evi üçün qaz sayğacının quraşdırılmasına və stulların alınmasına köməklik göstərilməsi xahiş olunub. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti

Keçidlər