Şirvan şəhərində narkotik vasitələrin, psixotrop maddələrin və onların perkursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı seminar-treninq keçirildi.
21 sentyabr 2015-ci il tarixdə saat 11:00-da Şirvan şəhər Gənclər və İdman idarəsinin akt zalında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respubllikasının Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perkursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planının 4.4.5-ci bəndinə uyğun olaraq, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-treninq keçirildi. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun müavini Vasif Quliyev, DİN-nin Baş Narkomaniya Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş əməliyyat müvəkkili, polis-polkovniki Tanrıverdi Aydınov və 35 nəfər iştirak etdi.