Şirvan şəhərində Qurban Bayramı qeyd edildi.
24 sentyabr 2015-ci il tarixdə saat 12:00-da 18 nömrəli tam orta məktəbin akt zalında Müqəddəs Qurban bayramı ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov şəhid ailələri, Qarabağ əlilləri və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşüb, onlara Müdafiə Sənayesi Nazirliyinin maliyyə dəstəyi ilə qurban payı və ərzaq bağlamaları verildi. Bundan əlavə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı qeyd edilmiş, qurbanlar kəsilmiş, şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə, Çernobıl, gözdən əlillərə və digər güzəşt hüququ olan aztəminatlı ailələrə, kimsəsiz tənhalara qurban payları verilmiş, onların Qurban bayramları təbrik edilmişdir.