Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb.

30 mart 2022 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb və bu istiqamətdə işlər mərhələli şəkildə aparılır.
Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən xüsusi təyinatlı texnikalar vasitəsilə şəhər üzrə müxtəlif ünvanlarda mərkəzi və məhəllədaxili kanalizisaiya xətləri yenilənib və hazırda şəhərin Heydər Əliyev və Sahib Zeynalov küçələrində işlər davam etdirilir.
Su və kanailzasiya xətlərinin çəkilməsi nəzərdə tutulan küçələrdə digər kommunikasiya xətlərinin zədələnməməsinə, ərazinin giriş-çıxışına xüsusi lentlər bağlanmasına və xəbərdaredici nişanlar qoyulmasına  aidiyyəti təşkilatlar tərəfindən nəzarət olunur, qazıntı işləri texniki təhlükəsizlik qaydalarına əməl edilməklə aparılır.
Su-kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı küçələrdə paralel olaraq, səliqə-sahman işləri aparılır, sakinlərin və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə qazılmış hissələr bərpa olunaraq asfaltlanır.

 

 Mətbuat xidməti

 

Keçidlər