Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 31 Mart – Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş sərgi keçirilib.

30 mart 2022 | 16:00

30 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş sərgi keçirilib. Sərgidə gənc rəssamların əl işlərindən ibarət rəsmlər nümayiş olunub.
Sərginin açılışında Gənclər Evinin direktoru Əfqan Həsənov iştirakçılara 31 Mart - Azərbaycanlıların soyqırımı günü haqqında və xalqımızın başına gətirilən faciələr haqqında geniş məlumat verib. 31 mart azərbaycanlıların söyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra dövlət səviyyəsində qiymət verildiyini xatırladıb. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində hər il dünyann əksər ölkələrində 31 mart-Azərbaycanlıların soyqırımı Günü ilə əlaqədar tanıtım kompaniyalaır aparıldığını diqqətə çatdırıb.
Sərgi iştirakçılarına gələcək fəaliyytlərində xalqımızın başına gətirilən faciələrin rəsm əsərlərinə köçürülməsini və daim xatırlanmasını tövsiyə edib.
Rəsm sərgisi qonaqlar tərəfindən maraqla izlənilib.

 Mətbuat xidməti

Keçidlər