Təbrik
Bu gün Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib, Dövlət qulluğunun kiçik müşaviri, III dərəcəli Dövlət Vergi Xidməti müşaviri Qasımov Həzi Adış oğlunun doğum günüdür.
Ömrünün 48 ilini Şirvan (keçmiş Əli Bayramlı) şəhərinin maliyyə-vergi sisteminə həsr edən Həzi Qasımovun 70 yaşı tamam olur.
Həzi Adış oğlu Qasımov 1 aprel 1952-ci ildə Cəlilabad rayonunun Yaqublu kəndində anadan olub. 1958-1966-cı illərdə Sabirabad rayonunun Balahəşimxanlı kənd orta məktəbində oxuyub. 1968-ci illərdə Salyan rayonunun Yuxarı Xalac kənd orta məktəbini bitirib. 1968-1974-cü illərdə Bakı şəhərində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
1974-1977-ci illərdə Əli Bayramlı şəhəri Məlumat Hesablama Stansiyasında mühəndis, baş mühasib, 1977-1994-cü illərdə Əli Bayramlı Şəhər Maliyyə şöbəsində baş mühasib, baş nəzarətçi müfəttişi, 1994-1998-ci illərdə Əli Bayramlı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin Nəzarət şöbəsinin rəisi, Müfəttişliyin rəisi, 1999-2000-ci illərdə Hacıqabul rayonu üzrə Dövlət Vergi Müfəttişliiyində baş dövlət vergi müfəttişi, sektor müdiri, 2000-2002-ci ilə qədər Əli Bayramlı şəhər Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi, 2003-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Təsərrüfat Müəssisəsində baş mühasib, 2005-2019-cu illərdə Şirvan şəhəri üzrə Maliyyə İdarəsinin rəisi vəzifələrində çalışıb.
2020-ci ildən Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri-baş mühasib vəzifəsində işləyir.
Həzi Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvi kimi şəhərin ictimai həyatında fəal iştirak edir.
Ömrünün bütün mərhələlərində dövlətimizə, dövlətçiliyimizə sədaqəti ilə seçilən, öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən, zəngin iş təcrübəsinə malik, kollektivdə işgüzarlığı, tələbkarlığı və səmimiyyəti ilə böyük nüfuz qazanan hörmətli Həzi müəllim!
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik və Sizə həyatda ən şirin nemət olan möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji, yorulmaz fəaliyyət və uğurlar arzulayırıq! Sizin yarım əsrə bərabər iş fəaliyyətinizi yüksək dəyərləndiririk və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Şirvan şəhərinin tərəqqisi və inkişafı yolunda bundan sonra da eyni həvəslə xidmət göstərəcəyinizə ümid edirik.
Hörmətlə,
Şirvan Şəhər İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov