Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Şirvanda keçirilən “Mədəniyyət beşiyi-Şuşa” adlı regional yaradıcılıq festifal-müsabiqəsinin I turu yekunlaşıb.

14 aprel 2022 | 16:00

2022-ci ilin “Şuşa ili” elan olunması  ilə əlaqədar Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 14 Aprel 2022-ci il tarixdə “Mədəniyyət beşiyi-Şuşa”  adlı regional yaradıcılıq festifal-müsabiqəsinin I turu keçirilib.
13-20 yaş arası yeniyetmə və gənclər arasında keşirilən müsabiqədə Şirvan şəhər 9, 10, 18, 5, 20 nömrəli orta məktəblərin şagirdləri iştirak edib.
İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq  Qarabağa və Şuşaya həsr olunmuş şeirlər səsləndirib.  Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Alma Cəfərova   tədbir iştirakçılarını salamlayıb və onlara  uğurlar arzulayıb. 
Müsabiqədə 18 nəfər iştirak edib. Münsiflər heyəti  olaraq Şirvan şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Alma Cəfərova, Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Kəmalə Quliyeva, Oxuculara Xidmət şöbəsinin müdiri İlhamə İmanova  iştirakçıların qiraət bacarıqlarını qiymətləndirərək  onların  söylədikləri şeirlərin mövzuya uyğun olmasına, düzgün tələffüzünə, obrazlı ifasına və s. diqqət yetiriblər.
Şeir müsabiqəsinin yekununda Şirvan şəhər 2 nömrəli tam orta məktəbin  şagirdi Məmməmov Əlikram Əli oğlu I yerə, 9 nömrəli  tam orta məktəbin   şagirdi Ağacanova Aysun Yaqub qızı  II yerə, 5 nömrəli tam orta məktəbin şagirdi  Axverdiyeva İnci İntiqam qızı III  yerə  layiq görülüblər. Qaliblər fəxri fərmanla təltif olunub. 20 nömrəli tam orta məktəbin şagirdi Əmiraslanlı Ayan Elnur qızı, 16 nömrəli tam orta məktəbin şagirdi Qarayeva Gülnarə Namiq qızı, 10 nömrəli tam orta məktəbin şagirdi Mehralızadə Zəhra Rövşən qızı həvəsləndirici fəxri fərmanla, digər şagirdlər müsabiqədə iştiraklarına görə fəxri fərmanla təltif olunublar.


 Mətbuat xidməti

Keçidlər