Şirvan şəhərində yaşayan şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin nəzərinə!
21 aprel 2022 | 16:00
Şirvan Şəhər İcra Hakimiyyətinin, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin və “Nur” klinikasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə 22, 25, 26 aprel 2022-ci il tarixlərdə Şirvan şəhərində yaşayan şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə və onların ailə üzvlərinə göz xəstəlikləri ilə bağlı müayinə və müalicə xidməti göstəriləcək, zərurət yarandığı təqdirdə cərrahi əməliyyat aparılacaqdır.
Şirvan şəhərində yaşayan şəhid ailələrindən, müharibə iştirakçılarından və qazilərdən göz xəstəliklərinin müayinə və müalicəsinə ehtiyacı olanları aksiyada iştirak etməyə dəvət edirik.
Mətbuat xidməti