Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.

22 aprel 2022 | 16:00

22 aprel 2022-ci il tarixdə Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin”  hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Yarışın açılış nitqi ilə çıxış edən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə hər il keçirilən “Şahin” hərbi-idman oyunlarının vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkəmizdə bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasından, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən bəhs edib. Qeyd edib ki, məhz diqqət və qayğının  nəticəsidir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuz qalib gələrək işğal altında olan torpaqlarımızı azad edib. Lakin buna baxmayaraq hər bir vətəndaşın daim torpaqlarımızın müdafiəsində hazır olmalı olduğunu diqqətə çatdırıb. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu bildirib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva yeniyetmə və gənclərimizin hərbi-idman oyunlarına həvəslə hazırlaşmasından və yarışlarda coşğu ilə mübarizə aparmasından sevinc və qürur hissi keçrdiyini bildirib. Bu şagirdlər arasından gələcəyin igid əsgərlərinin yetişdiyini vurğulayıb. 2020-ci il Vətən müharibəsində əsgər və zabitlərimizin öz şücaətləri ilə qəhrəman xalq olduğumuzu dünyaya sübut etdiklərini diqqətə çatdırıb. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasına və şəhidlərimizin qəhrəmanlığı nəticəsində rahat yaşaya bildiyimizə görə son 30 ildə yetişən gəncliyə minnətdar olduğmuzu söyləyib. Yarış iştirakçılarına uğurlar arzulayıb və gələcəkdə Vətənin müdafiəsinə daim hazır olmalarını tövsiyə edib.
Sonra çıxış edən Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev artıq gənclərin çağırışaqədərki hazırlığının orta ümumtəhsil məktəblərində yüksək səviyyədə tədris olunduğunu qeyd edib. Pandemiya ilə əlaqədar 2 il ərzində “Şahin” hərbi-idman oyunlarının keçirilməməsinin şagirdlərin bu yarışa uzun müddət ərzində daha yaxşı hazırlaşmalarına kömək etdiyini vurğulayıb. Bu yarışın gənclərin vətənpərvərlik hisslərinin yüksəlməsinə, onların ordu sıralarında xidmətə hazırlanmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Çıxışlardan sonra Hərbi-idman oyununda komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

 

 Mətbuat xidməti

Keçidlər