Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin-23-də Şirvan şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcəkdir.

22 aprel 2022 | 16:00

23-24 aprel 2022-ci il tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 22 şəhər və rayonunda ümumi orta təhsil pilləsində təhsil alan 9-cu sinif şagirdlərinin yekun attestasiyası keçiriləcəkdir. Şirvan şəhərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 23 aprel 2022-ci il tarixdə keçiriləcəkdir.
Şəhərin 10, 13, 18, 20, 21 nömrəli tam orta məktəblərində ümumilikdə 86 otaq imtahan üçün hazırlanıb. Şirvan şəhər ümumtəhsil məktəblərindən 1092 nəfər 9-cu sinif şagirdinin buraxılış imtahanında iştirakı gözlənilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə imtahanların təşkilinə dair tələb və tövsiyələrinə uyğun olaraq, imtahan mərkəzlərində bir sıra profilaktik tədbirlər həyata keçirilib. Həmçinin ictimai asayişin qorunması, təcili tibbi yardım və yanğından mühafizə briqadalarının olması kim təşkilati məslələr təmin edilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər. Şagirdlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni və  şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.
Qeyd edək ki, aprelin 23-də və 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 22 şəhər və rayonunda keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında ölkə üzrə 43127 şagirdin iştirakı nəzərdə tutulur.
Buraxılış imtahanlarında iştirak edən bütün 9-culara uğurlar arzulayırıq!

Mətbuat xidməti

 

Keçidlər