Şirvan şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə seminar keçirildi.
07 oktyabr 2015-ci il tarixdə saat 12:00-da Şirvan şəhər Mədəniyyət mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 22 sentyabr 2015-ci il tarixli, 167-e nömrəli əmrinə və nazirliyin 23 sentyabr 2015-ci il tarixli, 2426/02 nömrəli məktubuna əsasən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Salyan, Biləsuvar və Neftçala rayonlarından gələn mədəniyyət mərkəzlərinin və onların filiallarının işçilərinin iştirakı ilə “Yeni yaradılmış Mədəniyyət mərkəzlərinin nümunəvi əsasnaməsindən və Mədəniyyət mərkəzlərinin məlumat kitabının (qoşmaları ilə birlikdə) aparılmasından irəli gələn məsələlərə həsr olunmuş səyyar seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin, Xalq yaradıcılığı və qeyri maddi-mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak etdi.