Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Pasxa bayramı münasibətilə şəhərin pravoslav xristian icmasına təbriki

23 aprel 2022 | 16:00

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə şəhərimizin bütün xristian əhalisini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün ölkəmizdə sağlam ictimai-siyasi mühit hökm sürür, tolerantlıq ənənələrimiz qorunub saxlanılır, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiram bəslənilir. Hər bir Azərbaycan vətandaşı dini seçimində sərbəstdir. "Pasxa" bayramı hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Dövlət başçısı bayram münasibətilə ölkəmizdə yaşayan xristianlara təbrik ünvanlayır. Kilsələrin və məbədlərin əsaslı şəkildə bərpası onlara göstərilən həssas münasibətin və diqqətin təzahürüdür. Bu gün Azərbaycan bir çox ölkələr üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət  Şirvan şəhərində də uğurla davam etdirilir. Tolerant və multikultural ənənələrə malik Şirvan şəhərində pravoslav xristian icması öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər. Hər il şəhərimizdə ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsinə çevrilib. Qarşılıqlı hörmət və ehtiramın nümunəsi olaraq,  ölkəmizdə yaşayan başqa millətlərin və dinlərin nümayəndələri, o cümlədən xristian həmvətənlərimiz həm Birinci Qarabağ müharibəsində, həm də 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmüş, şücaət və qəhrəmanlıq nümunələri göstərmişlər. Bu əziz gündə onları da xüsusi ehtiramla yad edirik.
Əziz dostlar! Bayram münasibətilə Sizə bir daha xoş ovqat, ailələrinizə sevinc, rifah, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Multikultural, tolerant Azərbaycanımızın rifah və xoşbəxt gələcəyi naminə bundan sonra da birlik və bərabərlik içərisidə yaşamağınızı diləyirəm. Bayramınız mübarək olsun!

Keçidlər