“Şirvan Araz zavodu” MMC-də “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda seminar keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq, şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Şəhər İcra Hakimiyyəti və “Şirvan Araz zavodu” MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda seminar keçirilib.
Seminardan öncə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramin Qasımov,“Şirvan Araz zavodu” MMC-nin rəhbərliyi və kollektivi Ulu öndərin abidəsini ziyarət edərək, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
“Şirvan Araz zavodu” MMC-nin iclas zalında keçirilən seminarda öncə müstəqilliyimizin memarı Ulu öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov Ümummili liderin Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı və möhkəmlənməsi uğrunda fədakar ömür yolundan bəhs edən məruzə ilə çıxış edib. Əbədiyaşar siyasi liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıb.
“Şirvan Araz zavodu” MMC-nin direktor müavini Emil Eminov, Texnoloji şöbənin rəisi Hüseyn Bağırov çıxış edərək bildiriblər ki, Ümummilli lider daim həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, strateji məqsədlərə çatmaq üçün hərbi kadr patensialının formalaşdırılması, istiqamətində atdığı əməli addımlar atmışdır.
Tədbirdə Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə çatdırılmışdır.
Mətbuat xidməti