Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib.

29 aprel 2022 | 16:00

29 aprel 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş orta ümümtəhsil məktəb şagirdlərinin arasında  “Breyn-rinq ” intellektual oyunu  keçirilib. Yarış Şirvan şəhər İcra Hakimiyyətinin Ulu öndərin 99 illiyinə həsr olunmuş Tədbirlər planı çərçivəsində təşkil olunub.
Yarışdan öncə  Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşad Hüseynov, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və idarə əməkdaşları, Şirvan Şəhər Təhsil Şöbəsinin müdir Rövşən Allahverdiyev və idarə  əməkdaşları Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub. Tədbir iştirakçıları Ulu öndərin ömür yolunun müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.
Daha sonra Şirvan Gənclər Evində ümümtəhsil məktəb şagirdlərinin arasında  “Breyn-rinq” intellektual oyununa start verilib.  Yarışda 12 komanda qələbə uğrunda gərgin intellektual mübarizə aparıblar.  Sonda münsiflər heyətinin qərarı ilə ən çox xal toplayan 2 nömrəli tam orta məktəbin komandası I yerə, 1 nömrəli məktəb-liseyin komandası II yerə, 21 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüblər
Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim olunub.


Mətbuat xidməti

Keçidlər