Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev Azərbaycanda davamlı inkişaf konsepsiyasının banisidir” adlı elmi-nəzəri konfrans keçirilib.

02 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq idarə, müəssisə  və təşkilatlarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq 02 may 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialında  “Heydər Əliyev Azərbaycanda davamlı inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
   Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edərək, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçəklər düzüblər.
   Konfransda dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Sonra Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi  Elşad Hüseynov, Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialının müdiri Vasif Əliyev və filialın böyük mütəxəssisi Samir Abıyev çıxış edərək, bildiriblər ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

Keçidlər