Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

05 may 2022 | 16:00

5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin və Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
    Konfransdan öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzülüb.
    Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
    Konfransda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfi Ağayev və idarənin əməkdaşları iştirak edib.
    Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin memarı və qurucusu, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan dövlətçilik ənənələrindən danışıblar.  Ulu Öndərin siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onun rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasından, qanunun aliliyinin təmin edilməsindən, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsindən, Silahlı Qüvvələrdə hərbi intizamın, döyüş ruhunun möhkəmləndirilməsindən bəhs ediblər. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin hər bir azərbaycanlıda iftixar hissi yaratdığını qeyd ediblər.

Mətbuat xidməti

Keçidlər