Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Ümumdünya Statistika Günü”nə həsr olunmuş tədbir keçirildi

19 oktyabr 2015 | 15:00

19 oktyabr 2015-ci il tarixdə saat 10:00-da Şirvan şəhər Statistika idarəsində “Ümumdünya Statistika Günü”nə həsr olunmuş “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda tədbir keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini M.Mustafayev, icra hakimiyyətinin məsul işçiləri, digər kollektiv rəhbərləri iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə statistika sahəsində çalışan işçilərin təltif edilməsi ilə uyğun olaraq, Şirvan şəhər Statistika İdarəsinin müdir müavini Cəbrayılova Xanımzər Səfər qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmasına görə şəhər rəhbərliyi və digər kollektiv rəhbərləri tərəfindən təbrik edildi.

Keçidlər