Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda toplantı keçirilib.

05 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda toplantı təşkil olunub.
    Tolantıdan öncə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əfqan Hüseynov, Şirvan şəhər YAP Gənclər Birliyinin sədri Nəmidə Nəmini, Gənclər Evinin könüllüləri, tələbə gənclər Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzüblər.
    Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
    Tədbir “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində davam edib. Öncə Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Gənclər Evinin direktoru Əfqan Həsənov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər YAP Gənclər Birliyinin sədri Nəmidə Nəmini çıxış edərək gənclərə Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, siyasi fəaliyyəti və ideyaları haqqında geniş məlumat veriblər. Vətəni, xalqı qarşısında misilsiz xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu  ildönümünün ölkəmizin hər yerində hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunduğunu vurğulayıblar. Ulu Öndərin dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu diqqətə çatdırıblar.
    Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Mətbuat xidməti

Keçidlər