Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99- cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" layihəsinin nəticələri elan olundu.

06 may 2022 | 16:00

Bəşər tarixinin nadir şəxslərindən olan ümummilli liderimiz Heydər Əliyevə olan sevginin, məhəbbətin tərənnümü böyük şəxsiyyətə həsr olunmuş inşa müsabiqələrində, şeir yarışmalarında, ədəbi -bədii gecələrdə, ulu öndərə həsr olunmuş bütün tədbirlərdə şagirdlərin ürəkdən, qəlbdən gələn ürək sözləridir. Bu günlərdə Ulu öndərin anadan olmasının 99- cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" layihəsinin nəticələri elan olundu. Şirvan şəhər 2 nömrəli tam orta məktəbin X t sinif şagirdi  Məmmədov Əlikram Əli oğlunun respublikada 2-ci yeri tutması şəhərimizin bütün təhsil ictimaiyyətini ürəkdən sevindirdi. Bu  münasibətlə Məmmədov Əlikram Əli oğlunu ürəkdən təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq.

Keçidlər