Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirilib.

06 may 2022 | 16:00

06 May 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə  gənclərin narkomaniya  və digər zərərli vərdişlərdən uzaqlaşdırılması,  mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirilib.
    Tədbiri məktəbin direktor Səadət Quliyeva açaraq, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə  olduğunu, gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlərin keçirilməsininin vacibliyini qeyd edib.
    Şirvan şəhər Polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Farid Vəliyev, Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli, Şirvan şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafael Nəsirov və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin psixoloqu Nicat Sarxanov narkomaniyanın fəsadlarından bəhs edərək, onun yayılmasının millətin sağlam həyat tərzinə təhlükə yaratdığını, cəmiyyətin özəyi olan ailənin dağılmasına, müxtəlif cinayətlərin törədilməsinə, gənc və yeniyetmələrin həyatdan tədric olunmasına və ölümünə səbəb olduğunu bildiriblər. Narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və dövlət proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini vurğulayıblar. Çıxış edənlər gəncləri sağlam həyat tərzi keçirməyə, səmərəli işlərlə məğşul olmağa, özlərini və yaxınlarını “ağ ölüm”dən qorumağa, aparılan profilaktik və maarifləndirici tədbirlərə biganə qalmamağa səsləyiblər.
    Tədbir diskussiya şəraitində davam edib.

Mətbuat xidməti

Keçidlər