YAP Şirvan şəhər təşkilatında “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə keçirilən elmi-nəzəri konfransın iştirakçıları öncə Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra YAP şəhər təşkilatında elmi-nəzəri konfrans başlayıb. Konfransı giriş sözü ilə YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mənalı həyatını müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və xalqının rifah halının yaxşılaşmasına həsr edən Ulu öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva, 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, YAP şəhər təşkilatının veteranları Təranə Ağayeva, Mehriban Əliyeva, YAP fəalı Əlisaleh Əliyev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişafına xidmət edən fəaliyyətinin mühüm məqamlarından, həyata keçirdiyi iqtisadi islahatlardan, kənd təsərrüfatının bütün sahələrinin davamlı inkişafından, ölkədə yeni sənaye müəssisələrinin yaradılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən, respublikada ictimai-siyasi sabitliyin təmin edilməsinə xidmət edən əməli fəaliyyətindən danışıblar. Azərbaycan dövlətinin milli ideologiyasının formalaşdırdığını, həyata keçirdiyi dövlət siyasətinin və ideologiyanın bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam edtdirildiyini qeyd ediblər. Azərbaycan xalqının haqq səsinin, ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqmətində Birinci vitse-prezident, çox hörmətli Mehriban xanm Əliyevanın ardıcıl, məqsədyönlü fəaliyyətinin müsbət nəticələrini diqqətə çatdırıblar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun, uzaqgörən xarici siyasətin, ideoloji işin və vətənpərvərlik tərbiyəsinin layiqincə aşılanmasının nəticəsi olaraq 44 günlük Vətən müharibəsində əldə olunan Şanl Zəfərin xalqımıza sevinc və qürur hissi yaşatdığını vurğulayıblar.
YAP şəhər təşkilatının veteranları tədbir iştiraçıları ilə Ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər.
Şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Ulu öndərə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Sonda Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Mətbuat xidməti