Şriftin ölçüsü :

Saytın rəngi :

Mini-futbol çempionatı başa çatıb.

07 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şəhərin idarə və müəssisələri arasında keçirilən mini-futbol çempionatına yekun vurulub. Çempionatda şəhərin müxtəlif təşkilatlarını təmsil edən 15 komanda iştirak edib.
    Finalda gərgin mübarizə şəraitində keçən oyunun sonunda "Şirvan Şəhər İcra Hakimiyyəti" komandası "Zeytun MMC” komandasına 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən mini-futbol çempionatında “Təhsil” komandası 3-cü yeri, "Zeytun MMC” komandası 2-ci yeri, "Şirvan Şəhər İcra Hakimiyyəti" komandası 1-ci yeri qazanıb.
    Sonda mini-futbol çempionatında qalib gələn komandalara Şirvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlar təqdim olunub.

Mətbuat xidməti

Keçidlər