Şriftin ölçüsü :

Saytın rəngi :

07 may 2022-ci il tarixdə Şirvan Olimpiya İdman Kompleksində Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında yunan-roma güləşi üzrə açıq şəhər birinciliyi keçirilib.

07 may 2022 | 16:00

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqın xilaskarı Ulu öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
         Tədbiri Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov açaraq yarış iştirakçılarına uğurlar arzulayıb. Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşad Hüseynov və yunan-roma güləşi üzrə veteran idmançı, əməkdar məşqçi İbrahim Əhmədov dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatından, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən Ulu öndər müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə idmanın inkişafının əsası və beynəlxalq aləmdə əldə olunan uğurların təməlinin Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.
          Yunan-roma güləşi üzrə birincilikdə Şirvan , Sumqayıt şəhərləri, Abşeron, Quba,  Qusar, Göyçay, Kürdəmir rayon komandaları üzrə ümumilikdə 105 nəfər idmançı-şagird 10 çəki dərəcəsində mübarizə aparıblar.
           Gərgin idman mübarizəsində keçən görüşlərdən sonra hər çəki üzrə I, II, III yerin sahibləri məlum olub.
           Qaliblər Şirvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

Keçidlər