Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ulu Öndər Heydər Əliyevin 99 illiyi geniş qeyd edilib.

10 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 99 illiyi  Şirvanda silsilə tədbirlərlə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99  illiyinə həsr olunmuş ümumşəhər tədbirində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının,  ictimai-siyasi qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri öncə Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Şəhid ailələri və Vətən müharibəsi qazilərinin də iştirak etdiyi  tədbirdə Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, müasir, müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyəti geniş qeyd edilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Möhtərəm Prezidentimiz, Qalib Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb.Dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələrinin  Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin Azərbaycan xalqına böyük  qürur  və şərəf hissi bəxş etdiyi bildirilib. Şirvan şəhər Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın müşaiyyəti ilə Azərbaycanın xalq artisti Gülyaz  Məmmədova və əməkdar artist Elnur Zeynalov şəhər  musiqi məktəbinin şagirdləri, məktəbin musiqi müəllimi İrşad İbişov, şəhər Mədəniyyət Mərkəzinin solisti Azər Həsənov Ulu öndər Heydər Əliyevə,  Vətənə, Azərbaycana  həsr olunmuş mahnılarla çıxış edərək iştirakçılara xoş bayram ovqatı bəxş ediblər. Tədbir  iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Mətbuat xidməti

Keçidlər