Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 12 noyabr – Azərbaycan Respublikasının Konstitutsiya gününün 20 illiyi münasibəti ilə ümumşəhər tədbiri və bayram konserti təşkil edildi.

12 noyabr 2015 | 16:00

11 noyabr 2015-ci il tarixdə saat 16:00-da “Sərvət” şadlıq sarayında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 noyabr – Azərbaycan Respublikasının Konstitutsiya gününün 20 illiyi münasibəti ilə ümumşəhər tədbiri və bayram konserti təşkil edildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Rafael Cəbrayılov, Şura üzvləri, Hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və 500 nəfər şəhər fəalı iştirak etdi. Respublikanın tanınmış incəsənət və muğam ustalarından Nadir Bayramlı, Arzu Əliyeva, Aşıq Samirə, Elnur Zeynalov və digər sənətkarlar tədbirdə böyük konsert proqramı ilə çıxış etdilər.

Keçidlər